Bakı sakini ehtiyatsızlıq nəticəsində xəsarət alıb.
"Report" xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.
Binə qəsəbəsi, "Atçılıq" adlandırılan ərazidə 1985-ci il təvəllüdlü Məmmədov Elçin Aydın oğlu elektrik mişari ("laqonda") ilə işləyərkən sol biləyini kəsib. Yaralı təcili yardımın köməyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və cərrahi əməliyyat olunub.
Ramin Şahbazov