Bakı sakini döyülərək 2000 manatı əlindən alınıb

Bakı sakini döyülərək 2000 manatı əlindən alınıb Bakı sakini döyülərək 2000 manatı əlindən alınıb.
Hadisə
197
20 Mart , 2022 10:46
Bakı sakini döyülərək 2000 manatı əlindən alınıb

Bakı sakini döyülərək 2000 manatı əlindən alınıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə martın 17-də rayon ərazisində 3 nəfərin Bakı şəhər sakini O.Rzayevi döyərək 2000 manat pul tələb etmələri barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Mingəçevir şəhər sakinləri Ə.Nəsibov, S.Rəsulov və Bakı şəhər sakini F.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi