Bakı sakini dostunu bıçaqlayıb

Bakı sakini dostunu bıçaqlayıb Şübhəli şəxs istintaqa təhvil verilib
Hadisə
24 Noyabr , 2016 10:11
Bakı sakini dostunu bıçaqlayıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi qeydə alınıb.

"Report"un xəbərinə görə, hadisə Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində yerləşən kafenin çıxışında baş verib.

Belə ki, kafedə 1979-cu il təvəllüdlü Daşqın Qəhrəmanov dostu 27 yaşlı Elxan Qədirovla dava edib. Mübahisəni davam etdirmək istəyən D.Qəhrəmanov dostunu kafedən çölə çıxarmağa çalışıb. Bu mümkün olmayınca D.Qəhrəmanov dostu E.Qədirova iki bıçaq zərbəsi vurub. E.Qədirov "Təcili yardım" maşını ilə xəstəxanaya yerləşdirilib. Onu dindirmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları D.Qəhrəmanovu tutaraq istintaqa təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi