Yuxarı

​Bakı sakini dərmandan zəhərlənmə nəticəsində ölüb

Faktla bağlı araşdırma aparılır

Bakı. 28 iyul. REPORT.AZ/ Bakı sakini dərmandan zəhərlənmə nəticəsində ölüb. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Yasamal rayon sakini Gülüstan Aydəmirova yaşadığı evdən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi