Bakı. 6 iyul. REPORT.AZ/ Bakı şəhər sakini dəniz çimərliyində boğulub.
“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, iyulun 5-də Qaradağ rayonunun Sahil qəsəbəsinin dəniz çimərliyində Bakı şəhər sakini Emil Əlicanov çimərkən boğulub. Meyit sudan çıxarılıb.