Bakı sakini çayxanada söyüş söydüyünə görə döyülüb

Bakı sakini çayxanada söyüş söydüyünə görə döyülüb Hadisə Nəsimi rayonunda qeydə alınıb
Hadisə
11 Noyabr , 2016 15:16
Bakı sakini çayxanada söyüş söydüyünə görə döyülüb

Bakı. 11 noyabr. REPORT.AZ/ Bakıda dostları ilə birlikdə çayxanada əyləşən şəxs söyüş söydüyünə görə döyülüb.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonu ərazisində baş verib. Belə ki, dostları ilə birgə masa arxasında əyləşən 1978-ci il təvəllüdlü Sadıqov Anar Həbib oğlu yüksək səslə söyüş söyüb. Digər masada olan şəxslərdən biri onun hərəkətinə irad bildirib. Nəticədə tərəflər arasında dava düşüb və A.Sadıqov döyülüb. O, ağır bədən xəsarətləri alıb.

 A.Sadıqov 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi