Bakı. 13 oktyabr. REPORT.AZ/ “Bakı İstehsalat Tikinti” şirkətindən oğurluq olub. “Report”un xəbərinə görə, bu barədə
Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şirkətin xidməti otaqlarından birində olan seyfdən 1200 manat oğurlamış həmin şirkətin işçisi, Bakı şəhər sakini Elbrus Məmmədov tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.