Bakı sakini binanın girişində hücuma məruz qalaraq bıçaqlanıb

Bakı sakini binanın girişində hücuma məruz qalaraq bıçaqlanıb Yaralı xəstəxanaya yerləşdirilib
Hadisə
25 Noyabr , 2017 05:56
Bakı sakini binanın girişində hücuma məruz qalaraq bıçaqlanıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Bakının Nəsimi rayonu ərazisində kişi binanın blokunda bıçaqlanıb.

"Report" xəbər verir ki, "Kimya şəhərciyi" adlanan ərazidə  yaşayan 32 yaşlı Cəfərov Cəfər Nahid oğlu binaya daxil olarkən naməlum şəxsin bıçaqla hücumuna məruz qalıb. Nəticədə o bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin əməkdaşları araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi