Yuxarı

Bakı sakini bıçaqlanıb

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib

Bakı. 23 avqust. REPORT.AZ/ Bakının Pirallahı rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

“Report”un xəbərinə görə, rayonun S.Vurğun küçəsində yaşayan 1972-ci il təvəllüdlü Elşad Qəhrəmanov 1985-ci il təvəllüdlü Sənan Məhərrəmovun qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi