Bakı sakini bıçaqla hədələnib

Bakı sakini bıçaqla hədələnib Bakıda quldurluq hadisəsi baş verib.
Hadisə
29 aprel 2020 07:13
Bakı sakini bıçaqla hədələnib

Bakıda quldurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də paytaxt sakini İ.Xankişiyevi bıçaqla hədələyib 35 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş M.Mirzəyev saxlanılıb.

Son xəbərlər

Orphus sistemi