Yuxarı

Bakı sakini bacısını qətlə yetirib, əmisi oğlunu yaralayıb

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanılıb

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanılıb

Bakı. 8 aprel. REPORT.AZ/ Bakı şəhər sakini bacısını öldürüb, əmisi oğlunu isə bıçaqlayıb. Bu barədə “Report”a Bakı Şəhər Prokurorluğundan məlumat verilib.

Belə ki, Maştağa qəsəbəsində 1991-ci il təvəllüdlü Cavadov Seyid Mirəli oğlu bacısı 1987-ci il təvəllüdlü İzzət Cavadovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qətlə yetirib. Onun həyat yoldaşı, eyni zamanda əmisi oğlu olan 1984-cü il təvəllüdlü Mürsəl Cavadovu isə bıçaqla yaralayıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi