Bakı sakini atasının silah-sursatını polisə təhvil verdi

Bakı sakini atasının silah-sursatını polisə təhvil verdi Polis Bakı şəhər sakini ilə profilaktik tədbirlər aparıb.
Hadisə
4 Mart , 2020 11:58
Bakı sakini atasının silah-sursatını polisə təhvil verdi
istock

Polis Bakı şəhər sakini ilə profilaktik tədbirlər aparıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər nəticəsində Bakı şəhər sakini N.Bayramov vəfat edən atasından qalan nömrəsi silinmiş “Makarov” markalı tapançanı, 1 ədəd patron darağını və 12 ədəd patronu könüllü olaraq Xətai Rayon polis İdarəsinə təhvil verib.

Son xəbərlər

Orphus sistemi