Yuxarı

Bakı sakini aptek işçisinin əlindəki pulu alaraq qaçıb

O, daha sonra taksi sürücüsünü bıçaqla hədələyərək avtomobili sürməyi tələb edib

Bakı. 13 yanvar. REPORT.AZ/ Bakıda aptekə daxil olan şəxs orada işçinin əlindəki pulu alaraq qaçıb. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Ə.Naxçıvani küçəsində yerləşən aptekə daxil olan naməlum şəxs orada işləyən Bakı şəhər sakini Murad Hüseynovun əlindən 110 manatını alıb qaçaraq yaxınlıqda taksi fəaliyyəti ilə məşğul olan Rəşad Məhərrəmovun idarə etdiyi “Mercedes” markalı avtomobilə əyləşib və onu da bıçaqla hədələyərək avtomobili sürməyi tələb edib. Daha sonra Azadlıq prospektində maşından düşərək qaçıb. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin (CAŞ) və 5-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Sübhan Quliyev tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi