Bakı sakini 3 nəfər tərəfindən döyüldü

Bakı sakini 3 nəfər tərəfindən döyüldü Bakıda quldurluq hadisəsi baş verib.
Hadisə
19 iyun 2020 09:21
Bakı sakini 3 nəfər tərəfindən döyüldü
Report

Bakıda quldurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini C.Təhməzov iyunun 5-də Naximov küçəsində 3 nəfərin onun baş nahiyəsinə yumruqla vuraraq içərisində 640 manat pul, 380 manat dəyərində qulaqcıq, adaptor və geyim əşyaları olan çantasını aldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - paytaxt sakinləri V.Xəlilov, O.İsmayılov və Ə.Abdullayev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi