Bakı. 15 yanvar. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakının Sabunçu rayonu ərazisində iki nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
"Report" FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb edilib.
Xilasedicilər mənzilin qapısını açaraq vətəndaşları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.