Bakı-Quba yolundakı qəzada yaralanan daha bir sərnişin xəstəxanada ölüb

Bakı-Quba yolundakı qəzada yaralanan daha bir sərnişin xəstəxanada ölüb Xızı. 20 noyabr. REPORT.AZ/ Bakı-Quba yolunun 75-ci kilometrliyində, Xızı rayonu ərazisində Mercedeslə KamAZ-ın toqquşması 3 nəfərin həyatına son qoyub.
Hadisə
20 Noyabr , 2018 21:55
Bakı-Quba yolundakı qəzada yaralanan daha bir sərnişin xəstəxanada ölüb

Xızı. 20 noyabr. REPORT.AZ/ Bakı-Quba yolunun 75-ci kilometrliyində, Xızı rayonu ərazisində "Mercedes"lə "KamAZ"-ın toqquşması 3 nəfərin həyatına son qoyub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, qəzada "Mercedes"in sürücüsü Şamil Əkbər oğlu Ələkbərov və sərnişin Leyla Məhəmməd qızı Mustafazadə hadisə yerində, Leyla Mustafazadənin əri Nicat Məmmədov isə bu gün xəstəxanada ölüb. Onların 3 yaşlı uşağı Yunus isə sağ qalıb.

Faktla bağlı araşdırma başlayıb. 

Son xəbərlər

Orphus sistemi