Bakı-Quba yolunda yük avtomobili minik maşını ilə toqquşub: ölən var

Bakı-Quba yolunda yük avtomobili minik maşını ilə toqquşub: ölən var Qəzaya səbəb kimi VAZ-2107" markalı avtomobilin yüksək sürətlə idarə edilməsi qeyd edilir
Hadisə
10 May , 2017 06:25
Bakı-Quba yolunda yük avtomobili minik maşını ilə toqquşub: ölən var

Bakı. 10 may. REPORT.AZ/ Bakı-Quba yolunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə Bakı-Quba yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Shacman" markalı yük avtomobili ilə "VAZ-2107" markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində "VAZ-2107" markalı avtomobil deformasiyaya uğrayıb. Avtomobilin sürücüsü, 1987-ci il təvəllüdlü Müseyibov Fərid Cahangir oğlu hadisə yerindəcə dünyasını dəyişib. 

Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb edilib. İlkin ehtimala görə, qəzaya səbəb kimi VAZ-2107" markalı avtomobilin yüksək sürətlə idarə edilməsi qeyd edilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi