Bakı-Quba yolunda yol qəzası olub, xəsarət alan var - FOTO

Bakı-Quba yolunda yol qəzası olub, xəsarət alan var - FOTO Sumqayıt. 16 iyun. REPORT.AZ/ Bakı-Quba yolunda yol qəzası olub.
Hadisə
16 İyun , 2018 20:48
Bakı-Quba yolunda yol qəzası olub, xəsarət alan var - FOTO
Foto: "Report"

Sumqayıt. 16 iyun. REPORT.AZ/ Bakı-Quba yolunda yol qəzası olub.

"Report"un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində baş verib.

Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Ataxanov Serqo "Mercedes" markalı avtomobillə Quba şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza zamanı Serqo Ataxanov əzilmiş avtomobildən çıxarılaraq xəstəxanaya çatdırılıb.

Sumqayıt şəhər TTYX-dan verilən məlumata görə, sürücü komaya düşüb və reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi