Bakı-Quba yolunda yol qəzası olub, sürücü ölüb - YENİLƏNİB

Bakı-Quba yolunda yol qəzası olub, sürücü ölüb - YENİLƏNİB Siyəzən rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən sürücünün şəxsiyyəti məlum olub.
Hadisə
19 Aprel , 2019 11:48
Bakı-Quba yolunda yol qəzası olub, sürücü ölüb - YENİLƏNİB
0 : 00
0 : 00

Siyəzən rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən sürücünün şəxsiyyəti məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, Rusiya vətəndaşı, 1980-ci il təvəllüdlü Məmmədov Ramil Zakir oğlu idarə etdiyi avtomobillə hərəkətdə olan zaman avtomobil idarəetmədən çıxaraq aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində keçinib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 


*** 10:28

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Siyəzən rayonu ərazisində qeydə alınıb. 

Qəza zamanı sürücünü ağır bədən xəsarət alaraq öldüyü bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunublar. 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi