Bakı-Quba yolunda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb - FOTO

Bakı-Quba yolunda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb - FOTO Quba. 3 oktyabr. REPORT.AZ/ Quba rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
3 Oktyabr , 2018 21:28
Bakı-Quba yolunda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb - FOTO

Quba. 3 oktyabr. REPORT.AZ/ Quba rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun 154-cü kilometrliyində qeydə alınıb.

Şəmkir rayon sakini Rəhman Rəfael oğlu Məmmədovun idarə etdiyi "VAZ-2107" markalı "57-BT-681" dövlət qeydiyyat nişanlı minik avtomobili yolun əks istiqaməti ilə hərəkət edən Quba rayon Qaraçay kənd sakini Niyaməddin Qurban oğlu Musayevin idarə etdiyi "KİA Optima" markalı "99-HT-842" dövlət qeydiyyat nişanlı minik avtomobilinə çırpılıb.

Nəticədə R.Məmmədovun sərnişini olan Quba rayon Qaraçay kənd sakini Vüsal Pənah oğlu İsayev və "KİA"nın sürücüsü N.Musayev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi