Siyəzən. 20 sentyabr. REPORT.AZ/ Bakı-Quba yolunda, Siyəzən rayonunun Giləzi kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Report”un Şimal bürosu xəbər verir ki, Abdullayev Habil Həmid oğluna məxsus 90-CX-147 nömrəli avtomobil 2000-ci il təvəllüdlü Abdullayev Elmin Hicran oğlunu vurub.
Yeniyetmə Siyəzən Regional Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları gəliblər.
Həkimlərin bildirdiyinə görə, xəstəni sürücü özü xəstəxanaya çatdırıb.
Ona qapalı kəllə-beyin travması, beyin silkələnməsi, üzün və təpə nahiyəsinin sıyrılmış yaraları diaqnozu qoyulub. Yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
