Bakı-Quba yolunda piyadanı maşın vuraraq öldürüb - YENİLƏNİB

Bakı-Quba yolunda piyadanı maşın vuraraq öldürüb - YENİLƏNİB Sumqayıt şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub
Hadisə
24 Oktyabr , 2019 01:10
Bakı-Quba yolunda piyadanı maşın vuraraq öldürüb - YENİLƏNİB

Sumqayıt şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, magistral yolu keçmək istəyən, 1985-ci təvəllüdlü Eldarov Rövşən Vidadi oğlunu avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


*** 00:03

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun 60-cı kilometrliyində, Sumqayıt şəhəri ərazisində qeydə alınıb.

Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi