Bakı-Quba yolunda "KamAZ" aşıb, ölən var

Bakı-Quba yolunda "KamAZ" aşıb, ölən var Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası olub.
Hadisə
13 May , 2021 00:24
Bakı-Quba yolunda KamAZ aşıb, ölən var

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası yolunun 112-ci kilometrliyində qeydə alınıb.

Quba rayonunun Barlı kənd sakini, 1983-cü il təvəllüdlü Zakir Ələsgər oğlu Quliyevin idarə etdiyi "KamAZ" markalı yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun sol tərəfindəki maneəyə çırpılaraq aşıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi