Bakı-Quba yolunda iki yük maşını toqquşub, xəsarət alanlar var

Bakı-Quba yolunda iki yük maşını toqquşub, xəsarət alanlar var Siyəzən. 16 oktyabr. REPORT.AZ/ Siyəzən rayonunda iki yük maşını toqquşub.
Hadisə
16 Oktyabr , 2018 11:27
Bakı-Quba yolunda  iki yük maşını toqquşub, xəsarət alanlar var
0 : 00
0 : 00

Siyəzən. 16 oktyabr. REPORT.AZ/ Siyəzən rayonunda iki yük maşını toqquşub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi Bakı-Quba yolunun 76-cı kilometrliyində qeydə alınıb.

Belə ki, 99-JH-993 dövlət qeydiyyat nişanlı VOLVO markalı yük maşını ilə 85-BZ-866 dövlət qeydiyyat nişanlı DAİMLER marklalı yük maşını toqquşub.

Nəticədə hər iki yük maşınının sürcüsü xəsarət alıb. VOLVO-nun sürcüsü, Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Nicat Fərhad oğlu Əhmədovun vəziyyəti ağır olduğundan Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilıib. Digər sürcüyə isə hadisə yerində ilkin tibbi yardım göstərilib. 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi