Bakı-Quba yolunda iki avtomobil toqquşub

Bakı-Quba yolunda iki avtomobil toqquşub Quba rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
3 Avqust , 2021 00:40
Bakı-Quba yolunda iki avtomobil toqquşub

Quba rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Qaraçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Xaçmaz rayon sakini, 1982-ci il təvəllüdlü Fərzəliyev Pirqulu Ağahüseyn oğlu xəsarət alıb.

Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralıya ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi