Sumqayıt. 11 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində gənc oğlanı avtomobil vuraraq öldürüb.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba magistralının şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçə hissəsində baş verib.
Belə ki, Xızı rayon sakini, 1993- cü il təvəllüdlü Şıxnəbiyev Aydın Məmməd oğlu yolu keçmək istəyərkən qarşı tərəfdən gələn avtomobil tərəfindən vurulub. O, hadisə yerində dünyasını dəyişib.
Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.