Xızı rayonunda “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.
“Report”un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.
Qeyd olunub ki, yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
2021-07-28 23:51
Bakı-Quba yolunun Giləzi kəndi ərazisində “Mercedes” markalı avtomobil yanır.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə yerinə Xızı Rayon Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi, habelə, kömək üçün Sumqayıt Yanğından Mühafizə Xidmətinin bir texnikası da cəlb olunduğu bildirilir.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.