Bakı-Quba yolunda ağır yol qəzası baş verib, 5 nəfər ölüb

Bakı-Quba yolunda ağır yol qəzası baş verib, 5 nəfər ölüb Quba rayonunda baş vermiş yol qəzasında isə bir qadın ölüb
Hadisə
1 Avqust , 2015 09:13
Bakı-Quba yolunda ağır yol qəzası baş verib, 5 nəfər ölüb

Bakı. 1 avqust. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı-Quba yolunda baş vermiş ağır yol qəzası ilə bağlı rəsmi məlumat yayıb.

"Report"un nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı-Quba yolunun 45-ci kilometrində “Opel” markalı minik avtomobili yolun kənarında hərəkətsiz dayanan “Mercedes” markalı yük avtomobilinə çırpılıb. Nəticədə deformasiyaya uğramış “Opel” markalı minik avtomobilin 5 nəfərin sərnişini aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və 5 nəfərin cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Bundan əlavə, Quba rayonunun Barlı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus “VAZ” markalı minik avtomobili ağaca çırpılması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı minik avtomobilinin sərnişini, 1961-ci il təvəllüdlü Sevil İsif qızı Qasımova vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi