Bakı-Quba yolunda baş verən zəncirvari qəzada 6 səhiyyə işçisi xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB-2

Bakı-Quba yolunda baş verən zəncirvari qəzada 6 səhiyyə işçisi xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB-2 Video əlavə olunub
Hadisə
869
20 Yanvar , 2020 10:53
Bakı-Quba yolunda baş verən zəncirvari qəzada 6 səhiyyə işçisi xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB-2

Video əlavə olunub


*** 02:13

Bakı-Quba yolunda baş verən zəncirvari qəzada xəsarət alanların şəxsiyyətləri məlum olub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlunatına görə, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 3-ü təcili tibbi yardım maşını olmaqla, 5 avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Yaralılar - 1974-cü il təvəllüdlü Qaflanov Kazım Arif oğlu (həkim), 1969-cu il təvəllüdlü Ələkbərova Fəridə Nuru qızı (tibb bacısı), 1993-cü il təvəllüdlü Məzərli Vüsal Ağarza oğlu (sərnişin), 1987-ci il təvəllüdlü Tağıyeva Nuranə İnqilab qızı (tibb bacısı), 1986-cı il təvəllüdlü Seyfullayeva Leyla Qəməd qızı (tibb bacısı), 1973-cü il təvəllüdlü Aslanov Vüqar Fərman oğlu (təcili yardımın sürücüsü) və 1959-cu il təvəllüdlü Vəliyev Nazim Araz oğludur (həkim). 


***01:33

Bakı-Quba yolunda xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlunatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.

Xəstə çağırışına gedən Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili minik avtomobili ilə toqquşub. Yaralıları daşımağa gələn digər təcili tibbi yardım avtomobilinin əyləc sistemi nasaz olduğundan o da qəza törədən avtomobillərə çırpılıb. Hadisə yerinə çağırılan növbəti Təcili Tibbi Yardım avtomobili isə qarşıdan gələn “Mercedes” markalı minik maşını ilə toqquşub. Ümumilikdə 5 avtomobilin toqquşduğu qəza bir neçə nəfərin xəsarət aldığı bildirilir.

İlkin məlumata görə, xəsarət alanlardan 3-ü Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının işçiləridir. Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi