Xızıda ağır yol qəzası baş verib: ölənlər və yaralananlar var - YENİLƏNİB

Xızıda ağır yol qəzası baş verib: ölənlər və yaralananlar var - YENİLƏNİB Hadisə zamanı daha iki nəfər ağır xəsarət alıb
Hadisə
7 Oktyabr , 2017 04:19
Xızıda ağır yol qəzası baş verib: ölənlər və yaralananlar var - YENİLƏNİB

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakı-Quba şosesinin Xızı rayonundan keçən hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, "Mercedes" markalı avtomobil yol kənarındakı maneələrə çırpılıb.

Hadisə nəticəsində 2 nəfər ölüb. Ölənlərin hər ikisi Rusiya vətəndaşıdır. Qəza zamanı ölənlərdən biri 1990-cı il təvəllüdlü Nağıyev Zəki Nağı oğlu, digəri isə 1971-ci il təvəllüdlü Nağıyeva Elnarə Zaman qızıdır.

Bundan əlavə, hadisə zamanı daha iki nəfər də ağır xəsarət alıb. Yaralılar M.Ә.Mirqasımov adına Respublika Klinik Xәstәxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


***00:48

Bakı-Quba şosesinin Xızı rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, "Mercedes" markalı avtomobil yol kənarındakı maneələrə çırpılıb.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb. Ölənlərdən biri 20-25 yaşlı Rusiya vətəndaşıdır.

Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib. Xidmətin əməkdaşları ölənlərdən birinin - sıxılmış vəziyyətdə qalmış sürücü, 1990-cı il təvəllüdlü Nağıyev Zəki Nağı oğlunun cəsədini deformasiyaya uğramış avtomobildən çıxarmağa çalışırlar. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi