​Bakı-Quba-Rusiya yolunda üç maşın toqquşub, azyaşlı uşaqlar xəsarət alıb - FOTO

​Bakı-Quba-Rusiya yolunda üç maşın toqquşub, azyaşlı uşaqlar xəsarət alıb - FOTO Qəzadan sonra avtomobil sürücüləri arasında mübahisə düşüb
Hadisə
13 Dekabr , 2015 23:25
​Bakı-Quba-Rusiya yolunda üç maşın toqquşub, azyaşlı uşaqlar xəsarət alıb - FOTO

Bakı. 13 dekabr. REPORT.AZ/ Bakı-Quba-Rusiya yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində (80-ci km) ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə yerində "Ford" markalı mikroavtobus iki minik maşını ilə toqquşub.

Nail Məmmədovun idarə etdiyi mikroavtobus ("10-LM-195" qeydiyyat nişanlı) iki "Hundai" markalı avtomobilə ("90-CS-018", digərinin nömrəsi hadisə zamanı çıxarılıb) çırpılıb. Maşınlardan birinin sahibi Zaur Hüseynovdur, digərinin sahibi adı, hələ ki məlum olmayan xanım sürücüdür. Sürücülərin üçü də Bakı sakinləridir.

"Ford" markalı avtomobil Bakı istiqamətindən gələrkən, yolun əks istiqamətinə çıxaraq Qubadan gələn "Hundai"la, ardınca isə qadının idarə etdiyi maşınla toqquşub. Sonuncu maşında olan azyaşlı uşaqlar xəsarət alıblar. Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə aparılıblar. Digər sürücülər isə yüngül xəsarətlər alıblar. Avtomobillərə ciddi ziyan dəyib.

Bundan əlavə, qəzadan sonra avtomobil sahibləri arasında mübahisə düşüb. Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub. Avtomobil sahibləri arasında düşən mübahisəni sakitləşdirdikdən sonra, kimin günahkar olduğunun Avtoekspertizadan sonra məlum olacağı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi