Bakı-Qazax yolunda yük maşını yanıb, xəsarət alan var

Bakı-Qazax yolunda yük maşını yanıb, xəsarət alan var Faktla bağlı araşdırma aparılır
Hadisə
10 Noyabr , 2017 05:53
Bakı-Qazax yolunda yük maşını yanıb, xəsarət alan var

Göygöl. 10 noyabr. REPORT.AZ/ Göygöldə nar daşıyan yük maşını yanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Göygöl rayonunun Hacıməlik kəndi ərazisindən keçən hissəsində baş verib.

Nar daşıyan "QAZel" markalı yük maşını hərəkətdə olan zaman qəflətən alışıb. Sürücü yanğını söndürmək istəyən zaman yüngül xəsarətlər alıb. 

Avtomobilin kabinəsində baş vermiş yanğın hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən söndürülüb. Maşına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi