Bakı-Qazax yolunda traktor aşıb, sürücü ağır yaralanıb

Bakı-Qazax yolunda traktor aşıb, sürücü ağır yaralanıb Ucar. 6 avqust. REPORT.AZ/ Ucar rayonunda traktorun aşması nəticəsində sürücü ağır xəsarət alıb.
Hadisə
6 Avqust , 2018 01:02
Bakı-Qazax yolunda traktor aşıb, sürücü ağır yaralanıb

Ucar. 6 avqust. REPORT.AZ/ Ucar rayonunda traktorun aşması nəticəsində sürücü ağır xəsarət alıb.

“Report”un Şirvan bürosunun xəbərinə görə, hadisə magistral yolun rayonun "Dördyol" adlanan hissəsində qeydə alınıb.

Rayonun 1968-ci il təvəllüdlü Qarabörk kənd sakini Məmmədov Rafi Əlisürət oğlu sükanı arxasında olduğu traktorun yedəyində su çəni apararkən idarəetməni itirib və nəqliyyat vasitəsini yol kənarına aşırıb. Qəza nəticəsində sürücü ağır xəsarət alıb. Yaralı dərhal Ucar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralı ağır kəllə-beyin traması ilə Reanimasiya şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi