Bakı-Qazax yolunda toydan qayıdan ailə avtomobil qəzasına düşüb, xəsarət alanlar var

Bakı-Qazax yolunda toydan qayıdan ailə avtomobil qəzasına düşüb, xəsarət alanlar var Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində toydan qayıdan ailə avtomobil qəzasına düşüb, xəsarət alanlar var.
Hadisə
8 Dekabr , 2022 00:08
Bakı-Qazax yolunda toydan qayıdan ailə avtomobil qəzasına düşüb, xəsarət alanlar var

Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində toydan qayıdan ailə avtomobil qəzasına düşüb, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun "Səbət bazarı" yaxınlığında qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı avtomobilin qarşısına anidən mal-qara çıxıb. Bu zaman sürücü idarəetməni itirərək qəza törədib. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - 10 yaşlı M.Süleymanzadə, 42 yaşlı S.Məmmədova, 54 yaşlı S.Məmmədova və 40 yaşlı G.Məmmədova xəsarət alıblar.
Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri normal və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi