Kürdəmir. 14 iyul. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Sığırlı kəndi ərazisindən keçən hissəsində baş vermiş yol qəzası nəticəsində xəsarət alanların kimliyi məlum olub.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, bunlar Gəncə şəhər sakinləri - 1985-ci il təvəllüdlü Loğman Əloş oğlu Abbasov və onun həyat yoldaşı, Tünzalə İrasif qızı Abbasovadır.
***18:17
Kürdəmir. 14 iyul. REPORT.AZ/ Kürdəmir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 20-DR-685 dõvlət qeydiyyat nişanlı "Toyota Land Cruiser" markalı minik avtomobili ilə 24-FR-363 dövlət qeydiyyat nişanlı "Jiquli Vaz 2106" markalı minik avtomobili toqquşub. Nəticədə "Toyota"da olan sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.