Bakı-Qazax yolunda qatı duman avtomobillərin hərəkətini çətinləşdirib - FOTO

Bakı-Qazax yolunda qatı duman avtomobillərin hərəkətini çətinləşdirib - FOTO Görüntü zəif olduğundan maşınlar yol kənarında dayanmalı olub
Hadisə
18 Fevral , 2017 02:07
Bakı-Qazax yolunda qatı duman avtomobillərin hərəkətini çətinləşdirib - FOTO

Goranboy. 18 fevral. REPORT.AZ/ Yağan qarın ardından düşən qatı duman Goranboy rayonu ərazisində sürücülər üçün çətinliklər yaradıb.

"Report"un Qərb bürosu xəbər verir ki, Bakı-Qazax avtomagistralının Dəliməmmədli şəhərindən Yevlaxın Aran qəsəbəsinə qədər olan hissəsində sürücülər sürəti azaldaraq və qəza işıqlarını yandıraraq hərəkət etməli olublar.

Bu vəziyyət axşam saat 20:00 radələrindən müşahidə olunmağa başlayıb. Duman magistraldan ayrılıb Tərtər və Naftalan istiqamətinə gedənlərə də mane olub. Görüntü zəif olduğundan bəzi sürücülər avtomobillərini yol kənarında saxlamaq məcburiyyətində qalıblar. Bəziləri isə iritonnajlı yük maşınlarının arxasınca yola davam ediblər.

Son xəbərlər

Orphus sistemi