Bakı-Qazax yolunda ölümlə nəticələnən yol qəzası olub - YENİLƏNİB

Bakı-Qazax yolunda ölümlə nəticələnən yol qəzası olub - YENİLƏNİB Goranboy. 22 yanvar. REPORT.AZ/ Goranboy rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücü xəstəxanada ölüb.
Hadisə
2928
22 Yanvar , 2019 00:52
Bakı-Qazax yolunda ölümlə nəticələnən yol qəzası olub - YENİLƏNİB

Goranboy. 22 yanvar. REPORT.AZ/ Goranboy rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan sürücü xəstəxanada ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, Yevlax rayon sakini, 1974-cü il təvəllüdlü İbrahim Rəsul oğlu Cəbiyev idarə etdiyi "Kamaz" markalı yük maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib və yük maşını yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sürcü ağır bədən xəsarətləri alıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralı sürücü "təcili yardım" maşını ilə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb. 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə yerləşdirilib. 


*** 22:46

Goranboy. 21 yanvar. REPORT.AZ/ Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayonun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük maşınının idarəetmədən çıxaraq qəzaya uğraması nəticəsində sürücü ağır xəsarət alıb. Şəxsiyyəti məlum olmayan sürücü ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Şəki rayonunda yol qəzası baş verib.

Son xəbərlər

Orphus sistemi