Kürdəmir. 6 iyul. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonundan keçən hissəsində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, "11-BC-441" dõvlət qeydiyyat nişanlı "VAZ-2105" markalı minik avtomobili rayonun Qarabucaq qəsəbəsində "Mercedes Sprinter"lə toqquşub.
Nəticədə "VAZ-2105" avtomobilinin Qarabucaq qəsəbəsindən olan 1963-cü il təvəllüdlü sürücüsü Kərimov Ətraf Kərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.