Bakı-Qazax yolunda iki maşın toqquşub, 2 nəfər yaralanıb

Bakı-Qazax yolunda iki maşın toqquşub, 2 nəfər yaralanıb Hadisə bu gün axşam saatlarında baş verib
Hadisə
29 Sentyabr , 2017 22:06
Bakı-Qazax yolunda iki maşın toqquşub, 2 nəfər yaralanıb
Foto: Report.az

Hacıqabul. 29 sentyabr. REPORT.AZ/ Hacıqabulda 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Qobustan sakini, 28 yaşlı Teymur Telman oğlu Məmmədov və Biləcəri sakini, 29 yaşlı Anar Soltan oğlu Qarayev müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi