Bakı-Qazax yolunda avtomobil qəzasında yaralananların adı məlum olub - YENİLƏNİB

Bakı-Qazax yolunda avtomobil qəzasında yaralananların adı məlum olub - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
28 Dekabr , 2017 13:23
Bakı-Qazax yolunda avtomobil qəzasında yaralananların adı məlum olub - YENİLƏNİB

Şəmkir. 28 dekabr. REPORT.AZ/ Şəmkir rayonunda baş vermiş avtomobil qəzasında yaralananların kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu Muxtariyyə kəndi ərazisindən keçən hissəsində "Hyundai" markalı avtomobillə "Ford" markalı yük maşının toqquşması nəticəsində xəsarət alanların kimlikləri məlum olub. Onlar "Hyundai" markalı avtomobilin sürücüsü, Qazax rayon sakini, 1976-ci il təvəllüdlü Fədai Bənnayev və onun sərnişinləri, Məhbubə Məmmədova və Gültəkin Abdullayevadır. Hər üç yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilib.

Qəza nəticəsində "Ford" markalı avtomobilin sürücüsü, Şəmkir rayon sakini, 1987-ci il təvəllüdlü Elvin Süleymanov da xəsarət alıb. Lakin onun vəziyyətinin yaxşı olduğu bildirilir.


***9:12

Şəmkir. 28 dekabr. REPORT.AZ/ Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Qazax rayon sakini, 1976-ci il təvəllüdlü Fədai Bənnayevin idarə etdiyi "Hyundai" markalı avtomobillə Şəmkir rayon sakini, 1987-ci il təvəllüdlü Elvin Süleymanovun idarə etdiyi "Ford" markalı yük maşının toqquşub. Nəticədə hər iki sürücü və "Hyundai" markalı avtomobildə olan qadın sərnişinlər xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi