Tovuz. 5 dekabr. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunda avtomobil qəzası olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun "Üç yol" deyilən ərazisində qeydə alınıb.
İki VAZ markalı avtomobilin toqquşması nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.
Qəzanın başvermə səbəbləri araşdırılır.





