Bakı-Qazax yolunda avtomobil qəzası baş verib, yaralılar var

Bakı-Qazax yolunda avtomobil qəzası baş verib, yaralılar var Goranboy. 28 dekabr. REPORT.AZ/ Goranboy rayonunda 2 avtomobil toqquşub, yaralılar var.
Hadisə
28 Dekabr , 2017 17:17
Bakı-Qazax yolunda avtomobil qəzası baş verib, yaralılar var

Goranboy. 28 dekabr. REPORT.AZ/ Goranboy rayonunda 2 avtomobil toqquşub, yaralılar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində baş verib. İki "Mercedes" markalı minik avtomobillərin toqquşması nəticəsində üç nəfərin xəsarət aldığı bildirilir. Onlardan Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Süleymanov Bəhruz Akif oğlu xəstəxanaya aparılıb. Digər avtomobilin sürücüsü və bir sərnişinə hadisə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi