Bakı-Qazax yolunda avtomobil kanala düşüb, xəsarət alanlar var

Bakı-Qazax yolunda avtomobil kanala düşüb, xəsarət alanlar var Hadisə Yevlax ərazisində baş verib
Hadisə
22 Oktyabr , 2017 19:17
Bakı-Qazax yolunda avtomobil kanala düşüb, xəsarət alanlar var
Report

Yevlax. 22 oktyabr. REPORT.AZ/ Yevlaxda avtomobilin kanala düşməsi nəticəsində sürücü və sərnişin xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayon Səmədabad kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "BMW" markalı avtomobil idarəetmədən çıxaraq kanala düşüb. Nəticədə avtomobildə olan iki nəfər, Gəncə şəhər sakinləri - 1984-cü il təvəllüdlü Ramin Müslüm oğlu Məmmədov və 1985-ci il təvəllüdlü İsfəndiyar Nafiq oğlu Aslanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi