Bakı-Qazax avtomobil yolunda baş vermiş qəza nəticəsində bir neçə nəfər xəsarət alıb - YENİLƏNİB

Bakı-Qazax avtomobil yolunda baş vermiş qəza nəticəsində bir neçə nəfər xəsarət alıb - YENİLƏNİB Yaralılar arasında vəziyyətləri ağır da olanlar var
Hadisə
25 Noyabr , 2017 22:24
Bakı-Qazax avtomobil yolunda baş vermiş qəza nəticəsində bir neçə nəfər xəsarət alıb - YENİLƏNİB

Ağstafa. 25 noyabr. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində baş vermiş yol qəzası nəticəsində yaralananlardan ikisinin kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə zamanı xəsarət alanlar - Ağstafa rayon Dağ Kəsəmən kənd sakini, 1991-ci il təvəllüdlü Salahov Kamran Şirzad oğlu və həmkəndlisi, 1985-ci il təvəllüdlü Namazov Vaqif Abbas oğludur. Daha bir yaralıya isə ambulator yardım gösətirilib. 

Yaralılardan K.Salahovun vəziyyəti ağır, digər yaralının vəziyyəti isə qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.


***21:45

Ağstafa rayonunda iki avtomobil toqquşub. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumatlara görə, qəza nəticəsində bir neçə nəfər yaralanıb. Yaralılar arasında vəziyyətləri ağır da olanlar var.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi