Bakı-Qazax yolunda avtomobil qəzası olub, ölən və xəsarət alanlar var

Bakı-Qazax yolunda avtomobil qəzası olub, ölən və xəsarət alanlar var Bakı-Qazax magistralının Şəmkir rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.
Hadisə
492
27 İyun , 2021 09:11
Bakı-Qazax yolunda avtomobil qəzası olub, ölən və xəsarət alanlar var

Bakı-Qazax magistralının Şəmkir rayon ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun “Üç yol” deyilən ərazidə qeydə alınıb. Belə ki, "VAZ-2107" və "QAZ-3110" markalı avtomobillərin toqquşması nəticəsində 1 qadın (şəxsiyyəti dəqiqləşdirilir-red) hadisə yerində dünyasını dəyişib, daha 2 nəfər - 1983-cü il təvəllüdlü Kərimov Daşqın Davud oğlu və 1984-cü il təvəllüdlü Kərimov Vüqar Əli oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi