Bakı-Qazax avtomobil yolunda yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə magistral yolun Tovuz rayon Alakol kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"VAZ-2106" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Gəncə şəhər sakini Elvinbəy Camalzadə və 1961-ci il təvəllüdlü Şəmkir rayon sakini Fərhad İsayev yüngül xəsarət alıblar. Hər ikisinə hadisə yerində ambulator yardım göstərilib.
Qəzanın baş vermə səbəbləri Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.