Tovuz. 9 dekabr. REPORT.AZ/ Bakı-Qazax avtomagistralında zəncirvari yol qəzası baş verib.
“Report” xəbər verir ki, avtomagistralın Tovuz rayonundan keçən hissəsində "Vaz 21-011", "Uaz" və "Mersedes" markalı avtomobillərin iştirak ilə avtoqəza qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmasada avtomobillər yararsız hala düşüb.
Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə "Mersedes" "Uaz"-la toqquşub. Daha sonra Bakı istiqamətində hərəkət edən "Vaz 21-011" qəzaya düşən "Mersedes"-ə çırpılaraq onu yoldan çıxarıb.
Faktla bağlı araşdırmalara başlanıb.