Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəklərdə Kəlbəcər rayonundan olan məcburi köçkünün məqsədli olaraq paytaxtda diləndirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a bildirib ki, yayılan məlumat üzrə Baxşeyiş İsmayılov müəyyən olunub, onun diləndirilməsi ilə bağlı yayılan iddialar təsdiqini tapmayıb.
“Baxşeyiş İsmayılov kiməsiz deyil, o, Azərbaycan dövlətinin vətəndaşıdır, onun hüquqlarının təmin olunmasına tərəfimizdən xüsusi diqqət göstərilir”, - E.Hacıyev deyib.