Bakı polisi mağaza satıcılarından fişəng və pirotexniki vasitələr götürüb

Bakı polisi mağaza satıcılarından fişəng və pirotexniki vasitələr götürüb Polis əməkdaşları tərəfindən insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan, əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Hadisə
29 Dekabr , 2019 10:25
Bakı polisi mağaza satıcılarından fişəng və pirotexniki vasitələr götürüb

Polis əməkdaşları tərəfindən insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan, əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

“Report”un xəbərinə görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə Bakı şəhər sakini E.Məmmədovdan 4 qutu və R.Süleymanovdan 12 qutu pirotexniki vasitə aşkar olunraq götürülüb.

Bundan başqa, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə paytaxt sakini H.İsmayılovdan 193 ədəd pirotexniki vasitə, Ə.Gülməmmədovdan 10 ədəd yüksək alışdırıcı qabiliyyətinə malik fişəng, Xəta RPİ-nin 36-cı PB əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə Masallı rayon sakini R.Şəmiyevdən 13 ədəd fişəng, 16 qutu pirotexniki vasitə, R.Mamedovdan 2 ədəd pirotexniki vasitə, Xətai RPİ-nin 37-ci PŞ əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə Q.Qəhrəmanovdan isə 15 qutu pirotexniki vasitə aşkar olunaraq götürülüb.

Son xəbərlər

Orphus sistemi