Yuxarı

​Bakı polisi küçədə dollar satanlara xəbərdarlıq edib

Qanunsuz valyuta mübadiləsi həyata keçirdiklərinə görə 5 nəfər müəyyən olunaraq saxlanılıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Dekabrın 29-da Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, paytaxt ərazisində - ictimai yerlərdə qanunsuz valyuta mübadiləsi həyata keçirdiklərinə görə, 5 nəfər müəyyən olunaraq saxlanılıb. Bu barədə “Report”a BŞBPİ-nin mətbuat xidmətindən məlumat verilib.

Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.

Saxlanılan şəxslər – 1975-ci il təvəllüdlü Həmidov İlqar Qunsur oğlu, 1994-cü il təvəllüdlü Abdullayev İstəməli Telman oğlu, 1967-ci il təvəllüdlü Cəfərov Əfqan Cəlal oğlu, 1967-ci il təvəllüdlü Şahbazov Habil Həbulla oğlu və 1985-ci il təvəllüdlü Nağıyev Hüseyn Eldar oğludur.

Bakı Şəhər Baş Polis İdarəsi rəsmən elan edir ki, qanunsuz valyuta mübadiləsinə qarşı tədbirlər mütəmadi olaraq davam etdiriləcək, bu qanunsuz əməli həyata keçirən şəxslər sərt cəzalandırılacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi